Logo

Fonda milyonlar köçürən şəxslər və şirkətlər - SİYAHI


Azərbaycanda mülki aviasiya xidmətləri göstərən “Aviation Services Group” (ASG) şirkətlər qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat köçürüb.

İqtisadiyyat.az xəbər verir ki, beləliklə, Fonda 1 milyon manat və daha yüksək məbləğdə könüllü ödəmə edən hüquqi və fiziki şəxslərin sayı 24-ə çatıb. 

İndiyədək Fonda ən böyük vəsaiti NEQSOL Holding (5 milyon manat, o cümlədən Bakcell 1 milyon 500 min manat, SOCAR-AQŞ 1 milyon 500 min manat, Norm 1 milyon manat, Prokon - 500 min manat və.s), PAŞA Holdinq (2 milyon manat), Azercell Telekom (2 milyon manat),  Azərbaycan Beynəlxalq Bankı (2 milyon manat), Azərsun Holdinq (2 milyon manat), AZ-Granata (2 milyon manat), Tabaterra (2 milyon manat), UGE Middle East Development (2 milyon manat),Qod Nisanov (2 milyon manat), Veysəloğlu Şirkətlər Qrupu (1 milyon manat), AZRE Təkrarsığorta  (1 milyon manat), Azerenerji (1 milyon manat),  Aviation Services Group (1 milyon manat), Baku Steel Company (1 milyon manat), Caspian Marine Services (1 milyon manat), Gilan (1 milyon manat), Teymur Əhmədov adına AzNar (Fərhad Teymur oğlu Əhmədov, 1 milyon manat), Akkord Korporasiyası (1 milyon manat), CMS (ASCO-nun alyans tərəfdaşı) (1 milyon manat), Daxili İşlər Nazirliyi (1 milyon manat), Dövlət Gömrük Komitəsi (1 milyon manat) və Fövqəladə Hallar Nazirliyi (1 milyon manat) köçürüblər.Marja

Sosium,
26.03.2020 12:20 2049
Teqlər: