Logo

Azərbaycan bu il Türkiyə ərazisi ilə 38 mln. bareldən artıq neft nəql edib


Bu ilin yanvar-fevral aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 38,05 mln. barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% azdır.

Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-fevral aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 39,71 mln. barel neft nəql edilib. (apa)

Sənaye,
26.03.2020 11:59 252
Teqlər: