Logo

ABŞ-da işsizlik müavinəti müraciətləri rekord qıra bilər


Koronavirus epidemiyasının ixtisarlara səbəb olması ilə ABŞ-da işsizlik müavinəti müraciətləri rekord qıra bilər.
Ölkədə mindən çox adamın ölümünə, bir çox iş yerinin bağlanılmasına səbəb olan koronavirus epidemiyası səbəbilə işsizlik müavinəti üçün müraciət edənlərin sayı milyonlara çataraq rekord qıra bilər. 

Bloomberg-in sorğusuna görə əvvəlki həftə 281 min artan müraciət edilərin 21 Mart həftəsində 1.5 milyona çıxması gözlənilir. 

Restoran, mağaza, bar və kafelərin virus səbəbilə bağlanılması ilə bir çox adamın işdən çıxarılacağı gələcək həftələrdə də işdən çıxarmaların davam edəcəyi ifadə edilir. 

Müraciətlərdəki son rekord 695 minlə 1982-ci ilin Oktyabr ayında qırılmışdı. 

Goldman Sachs keçən həftəki bir hesabatında müraciət edilərin 2.25 milyona çataraq rekord qıracağını nəzərdə tutur. marja

Dünya,
26.03.2020 11:59 181
Teqlər: