Logo

Gürcüstanda koronavirusa yoluxanların sayı 77 nəfərə çatıb


Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 77 nəfərə çatıb.

İqtisadiyyat.Az-ın xəbərinə görə, bu barədə Tbilisi İnfeksion xəstəliklər xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, ölkə üzrə karantində 4055, stasionar müalicədə isə 252 nəfər var, virusa yoluxmuş şəxslərdən 10-u artıq sağalıb. Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. (APA)

Dünya,
26.03.2020 11:45 182
Teqlər: