Logo

Rusiya koronavirusun yayılmasında “partlayış” dövrünə hazırlaşır


Rusiya koronavirusun (COVID-19) ölkədə yayılması prosesində “partlayış” dövrünə hazırlaşır.

Bu barədə “RİA Novosti” məlumat yayıb. Bununla bağlı Rusiyanın Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Nikolay Malışev münasibət bildirib: “Nüvə reaksiyası” tipində partlayış xarakterli bir situasiyaya hazırlaşırıq. Əvvəlcə virusa yoluxanların sayının ədədi, indi isə həndəsi silsilə ilə əlavə olunduğunu görürük”. O qeyd edib ki, “partlayış” baş verəndə əsas məsələ hadisələrə operativ reaksiya vermək olacaq.

Dünya,
26.03.2020 10:35 246
Teqlər: