Logo

Maska istehsalı üçün kimyəvi iplər 2023-cü ilə kimi 15 faiz idxal gömrük rüsumundan azad edilib


Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, tibbi maskaların istehsalında istifadə edilən, səthi sıxlığı 70 q / m2-dən çox, lakin 150 q / m2-dən çox olmayan kimyəvi iplər 15 faiz idxal gömrük rüsumundan azad edilib. Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Sosium,
25.03.2020 21:58 517
Teqlər: