Logo

“Bazarstore”dan unikal addım...Şəbəkə müştərilərini virusdan bu cür qoruyur


Azərbaycanda modern pərakəndə sektorunun lideri  ”Bazarstore” supermarketlər şəbəkəsi müştərilərinin təhlükəsizliyini nəzərə alaraq, unikal addım atıb. 

Belə ki, şəbəkə paytaxt  filiallarında müştərilərinin əllə təmasda olan bütün əşyalarını - alış-veriş səbətləri, arabalar, kassa ətrafı, rəflər xüsusi vasitələrlə davamlı dezinfeksiya edir. Bununla yanaşı marketlərin girişlərində müştərilərin istifadəsi üçün xüsusi dezinfeksiyaedici avadanlıq quraşdırılıb. Həmçinin, kassaların önündə yerlərə xüsusi mesaj ötürən vinillər vurulub. Mesajlara əsasən, müştərilər növbəyə xüsusi məsafədə düzülərək, bununla da qaydalara riaəyət etmiş olurlar.

Sosium,
25.03.2020 20:50 1875
Teqlər: