Logo

Azərbaycanda koronavirusa yoluxanların və karantinə götürülənlərin sayı açıqlandı - SON RƏQƏMLƏR


Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

İqtisadiyyat.az xəbər verir ki bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda əksini tapıb.

Onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Sosium,
25.03.2020 18:59 1137
Teqlər: