Logo

Ukraynada fövqəladə vəziyyət elan edildi


Ukraynada bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.

“İnterfaks”ın məlumatına görə, bunu ölkənin Baş Naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib.

Fövqəladə rejim aprelin 24-nə qədər davam edəcək.

Şmıqal ehtiyac olacağı təqdirdə fövqəladə vəziyyət müddətinin uzadıla biləcəyini istisna etməyib.

Dünya,
25.03.2020 16:49 282
Teqlər: