Logo

Türkiyədə koronavirusdan ölənlərin sayı artıb


Türkiyədə yeni tip koronavirusdan (COVID-19) ölənlərin sayında artım olub.  

İqtisadiyyat.Az xəbər verir ki, dəhşətli xəstəlikdən vəfat edənlərin sayı yeddi nəfər də artaraq 44-ə çatıb.  

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsindən açıqlama verib. 

Nazir qeyd edib ki, son 24 saatda 3952 şübhəli koronovirus analizindən keçib, onlardan 343-nün cavabı pozitiv çıxıb. 

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1872-yə çatıb. 

Dünya,
25.03.2020 10:31 300
Teqlər: