Logo

Azərbaycanlı milyarderlər prezident İlham Əliyevin təşəbbüsünə qoşuldular: 2 milyon manat köçürdülər


Professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüblər.

Bu barədə Musavat.com-a professor İlham Rəhimovun Mətbuat Xidmətindən məlumat verilib. “Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüblər.

Sosium,
24.03.2020 21:58 868
Teqlər: