Logo

İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan öldü


İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan ölüb.


RT ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, İspaniyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 40 minə yaxınlaşıb.

Martın 24-nə olan məlumata görə, 39,673 xəstədə koronavirus aşkar edilib.

Virus yayılmağa başlayandan İspaniyada 2696 nəfər ölüb, onlardan 514 nəfəri son 24 saatda həyatlarını itirib. 2 600 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 3 800 nəfər isə xəstəlikdən sağalıb.

Dünya,
24.03.2020 20:16 306
Teqlər: