Logo

Koronavirusdan sonra Çində daha bir ölümcül virus aşkarlandı


Çindən bütün dünyaya yayılan Koronavirusdan sonra, ölkədə indi də hantavirus aşkarlanıb.

Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, adının açıqlanmadığı bir nəfər Yunnan şəhərindən Şandonq əyalətinə işə gedərkən avtobusda anidən dünyasını dəyişib. Ölən şəxsdən analizlər alınıb və nəticədə onda hantavirus olduğu müəyyən olunub.

Onunla bir yerdə işə gedən 32 nəfər karantinə alınıb, həmin şəxslərdən də analizlər götürülüb. Hantavirusun hava yolu ilə yayılmır, bu virusun daşıyıcıları siçovullar və digər gəmiricilər olduğu bildirilir. İnsana keçdiyi halda müalicə olunmazsa ölümə də səbəb olur.

Dünya,
24.03.2020 19:59 691
Teqlər: