Logo

“Kənddən şəhərə” yarmarkaları müvəqqəti dayandırıldı


“Kənddən şəhərə” yarmarkaları müvəqqəti dayandırılıb. Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin Mətbuat katibi Mayis Musayev məlumat verib.

Onun sözlərinə görə, paytaxtın müxtəlif hissələrində təşkil olunan “Kənddən şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranıb:

“Martın 20-dən etibarən yarmarkalar bağlanıb. Bu yarmarkaların nə zaman təşkil ediləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur”. Xatırladaq ki, “Kənddən şəhərə” Bahar yarmarkaları aşağıdakı ünvanlarda keçirilirdi: Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi; Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yanı; Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi.

Sosium,
24.03.2020 16:20 206
Teqlər: