Logo

Sabahın havası: 18 dərəcə isti olacaq


25 marta gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacaq. REKLAM Daha ətraflı Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Ekologiya,
24.03.2020 14:02 268
Teqlər: