Logo

Gənclər və İdman Nazirliyi də koronavirusla mübarizəyə pul ayırdı


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayıran qurumların sırasına qoşulub.

Oxu.Az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, nazirlik bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir. Nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq, ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşlarının əmək haqlarının bir hissəsini – 30 min manat məbləğində vəsait köçürüb.

Sosium,
24.03.2020 12:42 313
Teqlər: