Logo

Abşeron Loqistika Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fondunda ianə ayırdı


Abşeron Logistika Mərkəzi koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə dövlət tərəfindən hayata keçirilən tədbirləri tam dəstəkləyərək bu istiqamətdə təşəbbüslərini davam etdirir.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı olaraq, Abşeron Logistika Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat vəsait ayırıb. “COVID-19 ilə mübarizə istiqamətində ölkə rəhbərliyinin və hökumətin atdığı addımları dəstəkləməyi öz vəzifəmiz hesab edirik. Birlik nümayiş etdirməklə hər bir şeyin öhdəsindən gələ bilərik və bunun üçün əlimizdən gələni etməyə hazırıq”, - deyə mərkəzin baş direktoru Ziya Ağayev bildirib. Bundan başqa, profilaktik tədbirlər çərçivəsində Abşeron Logistika Mərkəzində koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər də davam etdirilir. Şirkət əməkdaşlarının və müştərilərin sağlamlığını təmin etmək məqsədilə mərkəzin bütün giriş-çıxış hissələrində mütləq şəkildə istifadə üçün dezinfeksiyaedici məhlullar qoyulub, tibbi maskalar paylanıb. Eyni zamanda, inzibati binada və ərazidə məlumatlandırıcı lövhələr yerləşdirilib. Bütün təmas olunan hissələr mütəmadi şəkildə dezinfeksiya edilir.

Sosium,
24.03.2020 10:10 401
Teqlər: