Logo

AZAL bütün reysləri ikinci terminaldan həyata keçirəcək


Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, koronavirus infeksiyasının (“COVİD-19”) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.

Nəqliyyat,
24.03.2020 10:13 244
Teqlər: