Logo

Böyük Britaniyada karantin elan edildi


Böyük Britaniyanın Baş naziri Boris Conson ölkədə karantin tətbiq ediləcəyini bildirib. “RİA Novosti” xəbər verir ki, vətəndaşlara bir sıra səbəblərə görə çölə çıxmağa icazə veriləcək.

Qərara əsasən, çölə yalnız mühüm ərzaqları almaq, idman etmək, həkimə və işə getmək üçün icazə verilir. Həmçinin ölkə ərazisində iki nəfərdən artıq qruplara toplanmağa qadağa qoyulub. “Xəstəliyin yayılmasının qarşısını almalıyıq. Vəziyyət yaxşı olsa üç həftədən sonra karantin qaydalarını yumşalda bilərik”, - deyə Conson əlavə edib.

Dünya,
24.03.2020 08:48 267
Teqlər: