Logo

“Böyük Saray” MMC-dən pandemiya ilə mübarizəyə 100 000 manat


“Böyük Saray” MMC korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən təxirəsalınmaz tədbirləri dəstəkləyir.

Şirkət koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

“Böyük Saray” MMC dövlətimizin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və xəstəliyin ölkə iqtisadiyyatına və vətəndaşlara mənfi təsirini azaltmağa yönəlmiş bütün tədbirlərini dəstəkləyir.

Sosium,
23.03.2020 19:43 324
Teqlər: