Logo

AAYDA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat ianə ayırdı


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində koronavirus təhlükəsi ilə mübarizəyə dəstək olub.

Agentlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli, “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Sosium,
23.03.2020 17:04 198
Teqlər: