Logo

“Agro-Vest DC” MMC koronavirusla mübarizəyə 100 min manat vəsait ayırıb


“Agro-Vest DC” şirkəti Azərbaycan Respublikasında qida məhsullarının idxalı və istehsalı ilə ölkəmizdə əhalinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasəti və onun tövsiyələrini öz işində rəhbər tutub. 

Müəssisəmiz ölkə başçısının sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə əsasən, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min AZN məbləğində vəsait ayırıb. 

Məlumat üçün bildirək ki, “Agro-Vest DC” MMC qida məhsullarının qəbulu, saxlanması, onların daşınması üçün nəzərdə tutulmuş anbarlar və nəqliyyat vasitələrində virusa qarşı vaxtında profilaktik və dezinfeksiya tədbirləri görülüb.

Sosium,
23.03.2020 14:50 247
Teqlər: