Logo

“EVRASCON” ASC koronavirusla mübarizəyə 130 min AZN ayırdı


Respublika daxilində və eləcə də, xarici ölkələrdə dövlət əhəmiyyətli böyük tikintilərə imza atmış Avro - Asiya İnşaat korporasiyası “EVRASCON” ASC Prezident İlham Əliyevin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 130 min manat vəsait köçürüb.

Qeyd edək ki, İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Sosium,
23.03.2020 14:20 366
Teqlər: