Logo

“Bakıxanov Rezidens”dən koronavirusla mübarizəyə dəstək


“Bakıxanov Rezidens Komplekslər Qrupu” Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manatlıq ianə edib.

Şikətin rəhbərliyi və kollektivi cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Qeyd edək ki, İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Sosium,
23.03.2020 11:39 250
Teqlər: