Logo

Goldman Sachs ABŞ iqtisadiyyatında 24% tənəzzül gözləyir


Qlobal investisiya bankı Goldman Sachs ABŞ iqtisadiyyatında tarixi azalma gözləyir. 

Təşkilat koronavirus epidemiyası ilə iqtisadiyyatdakı ani dayanma səbəbilə ilin ilk rübündə 6%, ikinci ikinci rübündə 24% azalma gözləyir.

ABŞ iqtisadiyyatının üçüncü rübdə yenidən artmağa başlayaraq həmin rüb 12%, son rübdə 10% artacağı nəzərdə tutulur.

İşsizlik nisbətinin isə 9%-ə yüksəlməsi gözlənilir. Təşkilat il ərzində isə ABŞ iqtisadiyyatının 3.8% kiçiləcəyini nəzərdə tutur. 

İqtisadçılar son bir neçə gündə ictimai məsafənin qorunmasına dair tədbirlərin artırıldığını xatırladaraq, bir çox məktəb, mağaza, təşkilat, zavod və fabrikin bağlanılması kimi gündəlik həyatın dayanmasının işsizliyin birdən yüksəlməsinə, xərcləmələrin tarixi azalmasına səbəb olacağını, bunun da ilk və ikinci rübdə iqtisadiyyatda kəskin azalmaya gətirib çıxaracağını vurğulayırlar.

Morgan Stanley ABŞ iqtisadiyyatının koronavirusun mənfi təsirlərilə əlaqədar ilin ikinci rübündə 30.1% azala biləcəyini nəzərdə tutur. marja

Dünya,
23.03.2020 11:33 1279
Teqlər: