Logo

“Facebook” və “İnstagram” müvəqqəti olaraq Avropada görüntü keyfiyyətini aşağı salacaq


Koronavirusla bağlı karantin dövründə internetin yüklənməsinin qarşısını almaq səbəbi ilə “Facebook” və “İnstagram” sosial şəbəkələri Avropada müvəqqəti olaraq görüntü keyfiyyətini aşağı salacaq.

“En gadget” xəbər verir ki, bu haqda “Facebook”un nümayəndəsi bildirib. Qeyd edək ki, daha öncə “Disney”, “Netflix”, “YouTube” və “Amazon” eyni addımı atıblar.

İKT,
23.03.2020 12:09 383
Teqlər: