Logo

“Səmayə CO LTD” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min AZN ayırdı


Hazırda Respublikada tanınmış gəmiçilik şirkəti kimi fəaliyyət göstərən “Səmayə CO LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə başçısının koronavirus infeskiyasına qarşı mübarizə məqsədi ilə çağırışına qoşulub. Şirkət Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 AZN vəsait ayırıb.

“Səmayə CO LTD” MMC 2003-cü ildə Bakı şəhərində təsis edilib və Respublika Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçib. “Səmayə CO LTD” MMC Nizamnaməsinə uyğun olaraq fəaliyyət dairəsini artırmaq məqsədi ilə maddi texniki bazasını genişləndirib, müasir tələblərə cavab verən quru yük daşıyan yük gəmiləri, neft məhsulları daşıyan tankerlər alıb, kiçik həcmli gəmilər almaqla 2012-ci ildən gəmiçilik şirkəti kimi formalaşıb.

Sosium,
22.03.2020 19:39 401
Teqlər: