Logo

Azərbaycanda insanlar bir-birini koronavirusa yoluxdurur - AÇIQLAMA


Azərbaycanda koronavirus yoluxma halları ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. 

Bu barədə Marja-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. 

Azərbaycan Respublikasında 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, cəmi 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

"Azərbaycanda koronavirus yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır", - Qərargahdan bildirilib. 

Sosium,
22.03.2020 18:33 2092
Teqlər: