Logo

KATV1-dən koronovirusla mübarizəyə dəstək - MƏBLƏĞ


Ölkənin aparıcı kabel televiziya operatorlarında biri olan KATV1 (AG Telekom şirkətin ticarət nişanı), indi bütün dünyada geniş yayılan “COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

KATV1 ölkə başçısının təşəbbüsünü dəstəkləməyi özünə borc bilərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 100 min manat məbləğində vəsait ayrılmasına dair qərar verib.  

Operativ Qərargahın təlimatlarına uyğun olaraq KATV1  korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirusla mübarizəyə, o cümlədən qarşısının  alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir.

İşçi heyətinin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə yüksək önəm verən  KATV1 kabel operatoru bütün zəruri  tədbirləri həyata keçirir. 

O cümlədən:
- Ofislər və müştəri xidməti mərkəzləri mütəmadi dezinfeksiya edilib, dezinfeksiya vasitələri ilə təchiz edilib və işçilərə tibbi maskalar paylanılıb;

- İş yerləri xüsusi təmassız termometrlərlə təchiz olunub və girişdə işçilərin temperaturunun ölçülməsi təmin edilib;

- İşçi heyətinin böyük hissəsi “evdən iş” rejiminə keçirilib, bunun üçün zəruri imkanlar və onlayn həllər təqdim edilib, tədbirlər və iclaslar onlayn rejimə keçirilir.

Sosium,
22.03.2020 18:15 329
Teqlər: