Logo

“RR Construction” MMC COVID-19-a qarşı mübarizəyə vəsait ayırdı


Azərbaycanın iri özəl şirkətlərindən biri olan, ölkə və dünya iqtisadiyyatında baş verən proseslərə çevik reaksiya göstərərək, biznes fəaliyyətini uğurla davam etdirən “RR Construction” MMC cəmiyyət qarşısında sosial məsuliyyətini dərk edərək, birlikdə öhdəsindən gəlməyə səy göstərilən koronavirus infeksiyasına qarşı mübarizəyə qoşulub. 

“RR Construction” MMC koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə ölkə başçısının 19 mart tarixli sərəncamı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. 

Sosium,
22.03.2020 16:39 358
Teqlər: