Logo

ArchiCO Mühəndislik Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı - MƏBLƏĞ


ArchiCO Mühəndislik şirkəti Azərbaycan Respublikasının tibbi təhlükəsizliyi naminə ölkə rəhbərliyi tərəfindən təsis edilmiş layihəyə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat pul köçürüb. Bu barədə Marja-ya şirkətdən bildirilib.

Qeyd edilib ki, ArchiCO Mühəndislik şirkətinin rəhbərliyi və kollektibi cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkə başçısı cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.

Sosium,
22.03.2020 16:02 307
Teqlər: