Logo

NBCBank koronavirusla mübarizəyə vəsait ayırdı- MƏBLƏĞ


Koronavirusla Mübarizəyə Dəstək Fonduna NBCBank tərəfindən 100 min manat köçürülüb. 

Bu barədə Marja-ya Bankdan bildirilib.

Qeyd edilib ki,NBCBank-ın rəhbərliyi və kollektivi cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkə başçısı cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.

Sosium,
22.03.2020 16:00 301
Teqlər: