Logo

“WhatsApp” koronavirus haqqında dezinformasiya ilə mübarizədə kömək edəcək


Koronavirus pandemiyası ilə əlaqədar sosial şəbəkə və messencerlərdə təhlükəli xəstəlik haqqında mesajlar çox paylaşılır. Əksər hallarda belə informasiya yanlış olur. İT nəhəngləri “COVID-19” haqqında yalan məlumatların yayılması ilə mübarizə üçün tədbirlər alırlar.

Məsələn, “WhatsApp” və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiya haqqında doğru məlumatlardan ibarət portal hazırlayıblar. Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, layihədə “WhatsApp” və ÜST-dən başqa, UNICEF və BMT-nin İnkişaf Proqramı iştirak edir. Resursda virus haqqında əsas informasiya, yoluxmanın qarşısının alınması üçün tövsiyələr, həmçinin pandemiya şəraitində messencerdən effektiv istifadə nümunələri yerləşdirilib.

“WhatsApp” nümayəndələri yaxınlarla qrup çatları və videozənglər vasitəsi ilə ünsiyyət saxlamağı, yalnız etibarlı informasiya mənbələrinə etibar etməyi və doğruluğuna əmin olmadığınız halda xəstəlik haqqında məlumatları başqa kontaktlara göndərməməyi tövsiyə edirlər. Mövcud şəraitdə messencerin uğurlu işinə dair real nümunələr göstərilir.

İKT,
20.03.2020 09:20 531
Teqlər: