Logo

Azərbaycanda banklar bu tarixdə işləməyəcək


Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək.

İqtisadiyyat.az-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək.

Bank,
19.03.2020 13:19 740
Teqlər: