Logo

Naxçıvanda ÜDM artıb


Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 361,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilir ki, bu 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 786,8 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 175,9 milyon manatdan çox məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

( Report )

Biznes,
18.03.2020 11:57 236
Teqlər: İqtisadiyyat.Az, biznes,