Logo

Hərracda dollara tələb azaldı


Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.

İqtisadiyyat.Az AMB-yə istinadən xəbər verir ki, bugünkü hərracda bankların tələbi son dəfə, yəni martın 13-də, keçirilən hərracla müqayisədə 14,9 mln ABŞ dolları və yaxud 5,6% azalaraq 250,3 mln ABŞ dolları təşkil edib.

Hərracda manatın ortaçəkili məzənnəsi yenə də 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Bank,
17.03.2020 14:41 7009
Teqlər: İqtisadiyyat.Az, bank,