Logo

“Ferrari” 4 min işçisini məzuniyyətə göndərdi


İtaliyanın avtomobil istehsalçısı “Ferrari” bütün əməkdaşlarını koronovirus epidemiyasına görə iki həftəlik məzuniyyətə göndərib. Avtosfer.az xəbər verir ki, şirkət Maranello və Modenedə yerləşən zavodlarını martın 27-nə qədər bağlayıb. Bu barədə “Bloomberg” məlumat yayıb.

“Bu görülən tədbir əməkdaşların maraqlarını və yerində təhlükəsizliyi təmin etmək üçün verilmiş qərardır” – konsernin məlumatında deyilir.

Şirkət, 4 min işçinin məzuniyyətdə olduğu günlərin pulunu da ödəyəcəyinə söz verib.

Avto,
16.03.2020 10:05 98
Teqlər: İqtisadiyyat.Az, avto,