Logo

Azərbaycandan Rusiyanın bu şəhərinə də uçuşlar dayandırılır


Azərbaycan hökuməti yanında operativ qərargahın təhlükəsizlik tədbirlərinə əsasən, Rusiyanın bəzi şəhərləri ilə hava əlaqəsi dayandırılıb.

TASS-ın xəbərinə görə, bu tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.

Azərbaycan Hava Yolları tərəfindən Bakı-Ufa-Bakı reysi ilə uçuşlar martın 17-dən etibarən dayandırılır.

Ufa ilə yanaşı, Kazan, Surqut, Mineralnıye Vody, Krasnoyarsk və Yekaterinburqa da uçuşlar ləğv edilib.

Turizm,
16.03.2020 09:35 142
Teqlər: İqtisadiyyat.Az, turizm,