Logo

Daha 21 şəhər və rayon icbari tibbi sığorta sitəminə qoşulacaq


"Aprel ayının 1-dən respublikanın 21 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulacaq".

Fins.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib. Bu barədə Apa yazıb. 

Onun sözlərinə görə, Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər sakinləri icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaqlar. Həmçinin aprel ayının 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına və müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanılacaq.

Sığorta,
13.03.2020 14:01 108
Teqlər: İqtisadiyyat.Az, sığorta,