Logo

2020-ci il üçün aşağı büdcəli 5 smartfon - Həm dəbli, həm sərfəli


Hər gün dəyişən smartfonları görüb siz də öz telefonunuzu dəyişmək fikrinə düşürsünüzsə, onda yaxın oturun. Sizə 2020-ci ilin modelləri olan 5 əla smartfonu məsləhət görəcəyik. “Biz pul yığana qədər o modellər də köhnələr” deyirsiniz? Narahat olmayın, bu yazıda qiyməti 600 manatı keçən smartfon yoxdur! Az büdcəli, lakin çoxfunksiyalı smartfonlarla qarşınızdayıq. Biz bunlara smart seçimlər deyirik. Getdik!

1. “Xiaomi Redmi Note 8T”

Əminliklə deyə bilərik ki, bu seçimdə büdcəniz və tələbləriniz tam üst-üstə düşəcək. Qiyməti və göstəricilərinə görə ideal seçim halına gələn “Xiaomi Redmi Note 8T” 48 meqapiksellik kamerası ilə foto və videolarınızın yüksək keyfiyyətli olmasını təmin edəcək. Üstəlik, son zamanlar dəbdə olan portret rejimində də köməyinizə çatacaq. Nə də olsa, öndə 1, arxada isə 4 kameranın mövcudluğu öz sözünü deyir. Bu smartfon 4000 mAh batereyası ilə həm də uzunömürlülüyün sirrini çözüb deyə bilərik! Həm də sürətli enerjidoldurma funksiyası ilə siz artıq naqillərə bağlı qalmayacaqsınız. Yaşasın naqilsiz həyat!

Bununla bərabər, smartfon öndən və arxadan “Gorilla Glass” 5 şüşəsi ilə qorunur. Bu isə onun daha dayanıqlı olduğu mənasına gəlir. Bu tip büdcəli smartfonlarda adətən həmin hissələr plastikdən hazırlanır. “Redmi Note 8T” almamaq üçün artıq heç bir bəhanəniz yoxdur!
“Kontakt Home”da nağd alışda 449.99 AZN olan smartfon üçün hal-hazırda xüsusi təklif də keçərlidir! Belə ki, smartfon 12 aylıq hissə-hissə ödəniş imkanı ilə ayda cəmi 37.50 AZN-ə satılır.

2. “Samsung Galaxy A20s”

“Galaxy A20s” büdcəyə rahat uyğunlaşdığı qədər, oval küncləri ilə ələ və hətta dəbə də uyğun gəlir. Bu smartfon videoya baxmağı sevən hər kəsin ilk seçimi olmalıdır. Çünki 6.5 düym ekranla siz izlədiyiniz hər şeydən zövq alacaqsınız. Təbii ki, oyun oynayanlar da bu fürsətdən mütləq yararlanmalıdır. 

Smartfonun digər özəlliyi isə çoxsaylı kameralarıdır! 13 meqapiksellik əsas kamera günün istənilən saatında istənilən anınızı əla görüntülü fotoya çevirməyə hazırdır. 8 meqapiksel və 120 dərəcəlik ultrageniş bucaqlı kamera isə sizə əla peyzaj fotolar çəkməyə imkan yaradacaq. Gördüyünüz məkan və mənzərələri dostlarınıza olduğu kimi çatdıra biləcəksiniz.

5 meqapiksel dərinlikli kamera isə sizə istədiyiniz obyektə fokus olmaq imkanı verəcək.

4000 mAh batereya və sürətli şarj sistemi smartfonunuzun sizdən uzun müddət ayrı qalmaması üçün əlindən gələni edəcək. Bu arada A20s üztanıma sistemi ilə sizi rahatlıqla tanıyacaq və telefonunuzu kiliddən çıxaracaq.

Hər şeyi olduğu kimi dedik, qalır bu smartfonu sifariş etmək. Həm də cəmi 409.99 AZN-ə! 12 aylıq hissə-hissə ödəniş imkanı ilə ayda cəmi 34.20 AZN ödəyin və o sizindir!

3. “HUAWEI Y6s”

Bu smartfon isə büdcəyə sığsa da, çərçivələrə sığmır! “Huawei Y6s” 6.09 düym çərçivəsiz ekranı ilə oyunsevənlərin, serial izləyicilərinin sevimlisi olmağa namizəddir. Xatırladaq ki, barmaq və üztanıma sistemi ilə işləyən yeni smartfonunuzun əsas özəlliyi səs sistemidir. 

Özəl SuperSound sistemi ilə qulaq asdığınız musiqilərin səsini daha aydın və daha təmiz eşidə biləcəksiniz. Ola bilsin ki, əvvəl dinlədiyiniz musiqiləri yenidən kəşf edəsiniz. 

13 meqapiksellik əsas kamera və 8 meqapiksellik ön kamera isə sizə foto çəkilişlərinizdə xüsusi kömək olacaq. Y6s-i fərqləndirən bir cəhət də 50% daha çox işıq keçirən xüsusi obyektividir.

Hansı ki, bu obyektiv sayəsində sizin fotolar gecə də, gündüz də demək olar ki, eyni keyfiyyətdə alınacaq.

Yeni smartfonunuzun həmişə yanınızda olacağı sözünü də veririk! Çünki intellektual şarj sistemi ilə smartfonunuzu bir gün ərzində tam rahat istifadə edə biləcəksiniz.

Fərqli özəlliklərə sahib smartfonun sizi fərqli göstərəcəyinə əminik. Hətta qiymət də sizə fərqli gələcək! Çünki bu smartfonu cəmi 339.99 AZN-ə, yaxud 12 aylıq hissə-hissə ödəniş imkanı ilə ayda cəmi 28.40 AZN ödəyərək əldə edə bilərsiniz.

4. “Xiaomi Redmi Note 8 PRO”

Bu smartfon haqqında film olsaydı, yəqin ki, adı “Onun böyük ekranı” olardı. Kiçik büdcə üçün bu smartfon, doğrudan da, inanılmaz özəlliklərə sahibdir. 6.53 düymlük ekran sizin sevimli serialları, videoları izləməyinizə, oyunlarınızı oynamağınıza geniş imkan yaradacaq. 4-lü əsas arxa kamera isə düz 64 meqapikseldir. Bu əsl rekorddur! Üstəlik, 20 meqapiksellik selfi kamerası, mikro-obyektiv və süni intellektlə təchiz olunmuş fokus xüsusiyyətləri də üstünlüklərdən sadəcə bir neçəsidir. 

4 tərəfdən 3D şüşə ilə qorunan telefon 4500 mAh batereya gücü ilə də öz sinfinin lideri sayıla bilər. Bu smartfonun yeganə mənfi cəhəti sizin onu hələ də əldə etməməyinizdir! 

Tələssəniz, yaxşı olar! Çünki ilkin ödənişsiz, faizsiz, 12 aylıq hissə-hissə ödəniş imkanı ilə ayda cəmi 50 manata bu smartfon sizin ola bilər.

5. “Nokia 3.2”

Özünüz və valideynləriniz üçün və ya övladlarınız üçün sadə, rahat və çox funksional smartfon təklifmiz də var. Doğma və yeni Nokia-nın 3.2 modeli! İncə çərçivəsi və geniş ekranı ilə müasir standartlara tam uyğundur.

Saf Android əməliyyat sisteminə sahib smartfon 4000 mAh batereya gücü ilə, demək olar, iki gün ərzində enerjisini qoruyub saxlayır. Gənclərin diqqətinə! 1 saatlıq PUBG oynamaq cəmi 10% şarj aparır. Başqa nə istəyirsiniz ki?!

Üstəlik, smartfonun kamerası da güclüdür və gecə rejimində işıqlı fotolar çəkə bilir.  “Nokia 3.2” smartfondan daha kompakt istifadə edənlər üçün ideal seçimdir. Çünki qiyməti də idealdır, 269.99 AZN-ə!

İKT,
13.03.2020 11:46 53
Teqlər: İqtisadiyyat.Az, İkt, telefon,