Logo

“iPhone SE 2” smartfonunun təqdimatı ləğv edilib


“Apple” korporasiyası martda keçirilməsi planlaşdırılan yeni “iPhone SE 2” smartfonunun təqdimat mərasimini ləğv edib. Bu barədə “Forbes” nəşrinin məlumatında deyilir.

Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, tədbirin ləğvinə iki amil təsir göstərib. Birincisi, “COVID-19” pnevmoniyasının yayılması ilə əlaqədar “Apple” smartfonlar üçün komponentlərin tədarükündə problemlərlə üzləşib. İkincisi, şirkətin mənzil-qərargahının yerləşdiyi və təqdimatın keçiriləcəyi Santa-Klara dairəsinin hakimiyyəti kütləvi tədbirlərin təşkilini qadağan edib. Təqdimatda min nəfərin iştirakı gözlənilib.

Bildirilir ki, şirkət yeni qurğuların nümayişini rəsmən açıqlamasa da, adətən belə qurğular onlar haqqında məlumatların verildiyi mətbuat konfransı ilə müşayiət olunur. “iPhone SE 2” ilə birlikdə yeni “iPad Pro” planşetlərinin nümayişi nəzərdə tutulmuşdu. Nəticədə şirkət onlayn translyasiya təşkil edə və ya yeni qurğular haqqında informasiyanın yer aldığı press-reliz dərc edə bilər.

İKT,
13.03.2020 09:09 45
Teqlər: İqtisadiyyat.Az, İkt, telefon,