Logo

Azərbaycanda dollara tələbat kəskin artdı - Mərkəzi Bank artımı niyə göstərmir? - FOTOFAKT


Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə baş tutan valyuta hərracında 220,8 milyon dollar satılıb.
İqtisadiyyat.Az xəbər verir ki, bu göstərici, 11 mart 2020-ci il tarixində keçirilən valyuta hərracında formalaşan tələbdən 65,8 milyon dollar və ya 42% çox olub.
Mərkəzi Bankdan bildirilib ki, qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Onu da bildirək ki, 2 gün əvvəl hərracda 323,2 milyon dollar valyuta satılıb. Rəqəmlərdən də göründüyü kimi dünən valyuta satışında azalma olsa da, bu gün valyutaya tələbat yenidən yüksəlib.
Qeyd edək ki, bu gün hərracda valyutaya olan tələbin artmasını Mərkəzi Bank açıqladığı rəsmi məlumatda qeyd olunmayıb. Belə ki, dünən valyuta hərracının keçirilməsinə baxmayaraq, bu gün qeydə alınan göstəriciləri 2 gün əvvəllə müqayisə edərək valyutaya tələbin azaldığı göstərilib.

(Yeniavaz.com)

Bank,
12.03.2020 16:40 378
Teqlər: İqtisadiyyat.Az, bank,