Logo

Kasko sığorta müqaviləsi bu halda bağlanmır - AÇIQLAMA


“Bir sıra hallarda, avtomobilin istehsal tarixindən 20-25 il keçdikdə və avtomobilin ehtiyat  hissələrinin istehsalı dayandırıldıqda həmin avtomobilin kasko sığorta müqaviləsinin bağlanılmasından imtina oluna bilər”

Bunu "İpək Yolu” sığorta şirkətinin sığorta şöbəsinin müdir müavini Elnur Cavadov Fins.az-a deyib.

E.Cavadov hansı hallarda kasko sığorta müqaviləsi bağlanmır haqqında danışıb:

“Qanunvericiliyin tələblərinə uyğun olaraq, sığorta şirkəti kasko sığorta müqaviləsinin bağlanmasına dair imtina edə bilər. Məsələn, ərizəçinin sığorta marağının mövcud olmaması, avtomobilin təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilməsi və sair. Bir sıra hallarda, avtomobilin istehsal tarixindən 20-25 il keçdikdə və avtomobilin ehtiyat  hissələrinin istehsalı dayandırıldıqda həmin avtomobilin kasko sığorta müqaviləsinin bağlanılmasından imtina oluna bilər.

Müdir müavini qeyd edib ki, "İpək Yolu” sığorta şirkəti tərəfindən hər bir risk fərdi qaydada qiymətləndirilir, avtomobilin istifadə məqsədləri müəyyən olunur və həmin riskin sığortalanması məqsədəuyğun hesab edilərsə müvafiq sığorta müqaviləsi bağlanır. 

Sığorta,
12.03.2020 16:26 81
Teqlər: İqtisadiyyat.Az, sığorta,