Logo

Ekspert: “Koronavirus və neft bazarındakı vəziyyət Bakı ilə Moskva arasındakı ticarət əlaqələrinə təsir göstər


Koronavirusun yayılması və neft bazarındakı qeyri-sabitlik Azərbaycan və Rusiya arasındakı ticari-iqtisadi əlaqələrə təsir göstərməyəcək.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə rusiyalı ekspert Stanislav Pritçin bölgədəki vəziyyət fonunda Azərbaycan-Rusiya münasibətlərinə dair keçirilən dəyirmi masada bildirib.

“Hələlik ticarətimizə, əlaqələrimizə təsir edə biləcək xarici amillər yoxdur. Hər iki ölkədə koronavirusa yoluxanlar var, ancaq onların sayı hava rabitəsinin dayandırılması və ya sərhədlərin bağlanması üçün azdır”, - S.Pritçin deyib.

Onun sözlərinə görə, hər iki ölkənin hökuməti, o cümlədən hava limanlarında və sərhədlərdə koronavirusun qarşısını almaq üçün bütün zəruri tədbirləri görür.

“Görünür ki, Azərbaycan bütövlükdə özünü koronavirusdan qorumağa hazırdır: riskləri minimuma endirmək üçün məktəblərdə artıq karantin tətbiq olunub, ictimai tədbirlər ləğv edilib”, - rusiyalı ekspert vurğulayıb.

Neftin qiymətinin düşməsindən danışarkən o, hazırda Rusiya və Azərbaycan iqtisadiyyatı üçün bazar şəraitindəki dəyişikliklərdən ciddi çətinliklər yaratmadığını bildirib.

“Ticarətimiz kifayət qədər şaxələndirilib. Rusiya ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər üçün ciddi qlobal risklər yoxdur. Əminliklə deyə bilərik ki, Rusiya-Azərbaycan ticarəti ilin sonunda çox da aşağı düşməyəcək, hətta neftin qiyməti uzun müddət aşağı olsa belə”, - S.Pritçin əlavə edib.

Neft bazarlarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsirinə toxunan ekspert qeyd edib ki, SOCAR-ın əməkdaşlıq coğrafiyası çoxşaxəlidir və şirkət nümayəndələri hər yerdədirlər, təklif olunan məhsul çeşidi isə bazar tərəddüdləri şəraitində ayaqda qalmağa və davamlı dövriyyə və mənfəət axınına sahib olmağa imkan verir.

( Report )

Biznes,
12.03.2020 16:08 61
Teqlər: İqtisadiyyat.Az, biznes,