Logo

Türkiyə turizm mövsümünü təxirə salır


Türkiyə hökuməti koronavirusa görə turizm mövsümünün başlanğıcını martdan aprelin sonlarına təxirə salır.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, bu barədə ölkədaxili hotellər və turizm şirkətlərinə təklif verilib.

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy turizm şirkətlərinə ölkəyə səfərlərin təşkilinə aprelin 15-dən sonra başlamağı tövsiyə edib.

Ticarət naziri Ruhsar Pekcan Türkiyədə keçirilən bütün beynəlxalq sərgilərin aprelin sonuna qədər təxirə salınacağı bildirib.

Türkiyə Avropada geniş miqyasda yayılmış koronavirusun bu ölkənin ərazisində yoluxma hallarının artmasına təsir edəcəyindən ehtiyatlanır.

Xatırladaq ki, martın 11-də Avropadan ölkəsinə qayıdan Türkiyə vətəndaşında koronavirus aşkar edilib.

Turizm,
12.03.2020 23:35 76
Teqlər: İqtisadiyyat.Az, dünya, virus,