Logo

Azərbaycan Turizm Bürosu: Səyahət etmək istəyənlər seçim qarşısındadır


“Koronavirus təhlükəsi qlobal turizmə təsirsiz ötüşməyib. Bu, çox təəssüfləndirici haldır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkədaxili turizm kampaniyasının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, Azərbaycana gəlmək istəyən xarici turistlər və xaricə getmək istəyən ölkə vətəndaşları səyahət edib-etməməklə bağlı seçim qarşısındadır: “Biz bu vəziyyətin tezliklə dəyişəcəyinə ümid edirik. Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun qarşısına qoyduğu əsas məqsəd tərəfdaşlarımızın yanında olmaqdır, bu ağır dövrü birgə keçməkdir, həmçinin hazırki vəziyyətin yaratdığı çətinliklərin təsirini azaltmaqdır. Biz çalışırıq ki, vəziyyət yenidən normallaşanda Azərbaycan turistlərin ağlına gələn ilk yerlərdən biri olsun. Hazırda qarşıdan gələn çətinlikləri birgə aşmaq üçün gözəl vaxtdır”. 

Turizm,
11.03.2020 12:42 90
Teqlər: İqtisadiyyat.Az, turizm,