Logo

Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 656,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

İqtisadiyyat.Az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,6% çoxdur.

Ötən 2 ayda ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 2,7% artaraq 27,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 629 milyon manat təşkil edib.

Aqrar,
11.03.2020 12:11 88
Teqlər: İqtisadiyyat.Az, aqrar,
İstinad: Report