Logo

Dollar aparıcı valyutalara nisbətən bahalaşıb


EUR/USD 1.11$, GBP/USD məzənnəsi isə 1.27$-a kimi ucuzlaşa bilər.Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. Bunun əsas səbəbi isə qlobal iqtisadi risklərin artdığı bir şəraitdə, dollara olan tələbin yenidən artmasıdır. 

Nəticədə EUR/USD və GBP/USD məzənnələri də ucuzlaşmaqda davam edir. Təhlillərə əsasən, avro 1.14$-ın altında qaldıqca, 1.11, funt sterlinq isə 1.30$-ın altında qaldıqca, 1.27$-a kimi ucuzlaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərədən iqtisadi inkişaf, sənaye və ticarət dövriyyəsi və saat 16:30-da Amerikadan inflyasiya dair açıqlanacaq göstəricilər diqqət mərkəzində olacaqdır. İngiltərə höküməti tərəfindən yayımlanacaq yeni büdcə planı da böyük maraqla gözlənilir. 

Bank,
11.03.2020 09:37 611
Teqlər: İqtisadiyyat.Az, bank,