Logo

Gömrük komitəsi yanvar-fevralda dövlət büdcəsinə vergi və rüsum köçürmələrini azaldıb- MƏBLƏĞ


Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin yanvar-fevral aylarında ayında dövlət büdcəsinə 663 milyon 306,3 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə Dövlət Gömrük Komitəsindən  məlumat verilib.

Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-fevral aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 665 milyon 678,3 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-fevral aylarında dövlət büdcəsinə köçürmələrin həcmi 0,4% azalıb.

Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 465 milyon 985,3 min manat, aksizlər üzrə 19 milyon 513,4 min manat, yol vergisi üzrə 7 milyon 137,5 min manat təşkil edib.

Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 170 milyon 670,1 min manat məbləğində olub.

2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard manat məbləğində müəyyən edilib.

Biznes,
10.03.2020 14:36 82
Teqlər: