Logo

Vüqar Baba yeni vəzifəyə təyin edilib


Tanınmış PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba yeni vəzifəyə təyin edilib.

Bu barədə məlumat verən Vüqar Baba deyib ki, bundan sonra öz fəaliyyətini “INPRESS PR Solutions” şirkətində davam etdirəcək.

V.Baba bildirib ki, “INPRESS PR Solutions” şirkətində layihə meneceri vəzifəsinə təyinat alıb. O, şirkətin həyata keçirdiyi layihələri idarə və nəzarət edəcək.

Qeyd edək ki, Vüqar Baba bundan öncə  OBA marketlər şəbəkəsinin Marketinq və Kommunikasiya Departamentində direktor, daha əvvəl isə AS Şirkətlər Qrupunun Marketinq və Satış Departamentinin direktor müavini vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, “INPRESS PR Solutions” fərdlərə və şirkətlərə müasir alətlərlə PR xidməti göstərən, 10 illik peşəkar təcrübəsi olan komandadan ibarət konsaltinq şirkətidir.

Marketinq,
10.03.2020 14:29 160
Teqlər: